Modern.az

Sloveniyanda işğal edilmiş ərazilərimizdə mədəni irsin vəziyyətindən danışılacaq

Sloveniyanda işğal edilmiş ərazilərimizdə mədəni irsin vəziyyətindən danışılacaq

6 Noyabr 2009, 09:54

Bu gün Sloveniyanın Lyublyana şəhərində “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda Nazirlər Konfransı işə başlayacaq. Modern.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin sektor müdiri Vasif Eyvazzadə də iştirak edəcək. Tədbirdə Sloveniya Respublikasının prezidenti Danilo Türkün, Avropa Şurasının yeni baş katibi Thorbjorn Jaglandın, Avropa Komissiyasının rəsmi şəxslərinin, bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin, Avropa ölkələrindən nazirlərin, bir sıra siyasətçi və ictimai xadimlərin iştirakı gözlənilir. Nazirlər Konfransında Azərbaycanın da iştirak etdiyi Kiyev Təşəbbüsü Regional Proqramının Nazirlərinin bəyanatı, Cənub Şərqi Avropa dövlətlərinin nazirlərinin bəyanatı və konfransın bütün iştirakçı dövlətlərinin birgə yekun bəyannaməsinin qəbulu və Kiyev təşəbbüsü çərçivəsində “PP2-Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin əsasının qoyulması gözlənilir. Konfransda Əbülfəs Qarayev Azərbaycanın mədəniyyətlərarası dialoq üçün “Bakı Prosesi” və mədəni irs sahəsində milli və beynəlxalq fəaliyyəti, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında mədəni irsin vəziyyəti barəsində çıxış edəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi