Modern.az

Fəzail Ağamalı İctimai Televiziyanı ittiham etdi

Fəzail Ağamalı İctimai Televiziyanı ittiham etdi

Parlament

18 Mart 2011, 13:24

Bu gün Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibinin dəyişməsi ilə bağlı müzakirələr zamanı telekanalın ünvanına ittiham səsləndirilib. Modern.az saytı xəbər verir ki, müzakirələr zamanı milət vəkili Fəzail Ağamalı çıxış edərək bildirib ki, ümumiyyətlə o, bu televiziyanın fəaliyyətindən razıdır. “Ancaq bu televiziyada rəngarənglik çatışmır. Burada eyni fikirlər, adamlar çıxış edirlər... nə qədər belə olmalıdı..? İctimai televiziya ona görə belə adlanılr ki, cəmiyyətin bütün sahələrini əhatə etsin. İTV niyə Milli Məclisdə müzakirələr zamanı bütün düputatların çıxışlarını vermir..? İTV ölkədə gedən bütün prosesləri işıqlandırmalıdı. İctimai Televiziyanın yayım şurasının rəhbərliyindən xahiş edirəm ki, ayrı-seçkilik yaratmasın”. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat