Modern.az

Azərbaycanda dini ekstremist məhv edildi

Azərbaycanda dini ekstremist məhv edildi

26 Yanvar 2017, 22:25

Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində dini ekstremist öldürülüb. Modern.az saytı xəbər verir ki, bu barədə DTX-nın ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, bu gün Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın – dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyatı keçirib. 


Əməliyyat zamanı o, silahlı müqavimət göstərib. Bu zaman DTX əməkdaşları qanuna uyğun olaraq silah tətbiq edərək cinayətkarı məhv edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır