Modern.az

“BakuBus”un sürücüsü sərnişini ölümdən belə xilas etdi - VİDEO

“BakuBus”un sürücüsü sərnişini ölümdən belə xilas etdi - VİDEO

27 Yanvar 2017, 16:04

Yanvarın 26-da “BakuBus” MMC-ə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücüsü Oqtay Novruzov sərnişinin həyatını xilas etdiyinə dair xəbər vermişdik.


Modern.az
sürücü O.Novruzovun sərnişinin həyatını xilas etdiyi anların videogörüntülərini əldə edib.


Videogörüntülərdən də aydın görünür ki, hadisə avtobus dayanacağa yaxınlaşdığı zaman orta qapının qarşısında baş verir. Sürücü verilmiş təlimata uyğun olaraq dərhal avtobusu təhlükəsiz yerdə park edərək, hadisəyə müdaxilə edir.

Sürücü əvvəlcə sərnişinin yıxıldığını və huşuni itirdiyini nəzərə alaraq onu qapının ağzına gətitir və normal hava alması üçün digər sərnişinlərin kənarlaşmasını xahiş edir. Daha sonra isə avtobusda yerləşən ilk tibbi yardım vasitələrindən istifadə edərək huşunu itirmiş sərnişinə yardım göstərir.

Təcili tibbi yardım xidməti çağrıldıqdan sonra sərnişinin ayıq vəziyyətdə qalması üçün ona zəruri olan ilk tibbi yardımı davam etdirir.

 

“BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a bildirib ki, şirkətdə sürücü işləmək üçün müraciət edən bütün şəxslər normativlərə cavab evrdiyi təqdirdə xüsusi kurslara cəlb olunur, onlara nəzəri və praktiki dərslər keçirilir:

“Eyni zamanda bütün avtobusların salonunda , sürücü kabinəsində sürücünün yaddaş kitabçası var ki, orada da əvvəlcədən onlara öyrədildiyi kimi, qəza, fövqəladə hadisə və ya bədbəxt hadisələr zamanı ilk olaraq hansı hərəkətləri etmək və istənilən halda zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə əks olunub.

 

Konkret hadisəyə gəldikdə, sürücü öz vəzifənin məsuliyyətindən irəli gələn xidməti və vətəndaşlıq borcunu laiqincə yerinə yetirmiş, sərnişinin həyatını xilas etmişdir. Bu hadisə eyni zamanda göstərir ki, artıq sürücülər təkcə avtobusu idarə etməklə yox, eyni zamanda sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün çalışan, avtobusun salonuna nəzarət etməyi bacaran və idarə edən onlarla sivil münasibət quran, zərurət yarandıqda sərnişinlərə köməklik göstərən, dövrün tələblərinə cavab verən sürücü olmalıdır. Həm də sürücülər sərnişindaşıma xidməti sahəsində mövcud qanunvericiliyi, özünün və sərnişinlərin məsuliyyətini, hüquq və vəzifələrini bilməlidir. Bizim “BakuBus” olara qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də bütün sürücülərimizin bu səviyyədə xidmət göstərməsini təmin etmək və onların professionallığını daha da artırmaq üçün zəruri addımlar atmaqdır”.

 

Modern.az sözügedən hadisənin videogörünütülərini eksklüziv olaraq təqdim edir:

 

 

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir