Modern.az

Ronaldu evlənmək qərarına gəldi

Ronaldu evlənmək qərarına gəldi

27 Yanvar 2017, 16:17

Portuqaliya millisinin və Madridin “Real” klubunun 31 yaşlı hücumçusu Kriştianu Ronaldu sevgili olduğu Corcina Rodriqeslə 2018-ci ilin yayında evlənəcək.

Modern.az xarici mediaya istinadən bildirir ki, toyun Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsi, yoxsa sonra baş tutacağı isə hələ ki məlum deyil.

Ronalduya evlənməyi anası Dolores Aveyra məsləhət görüb. O, ulduz futbolçunun artıq dörd aydır görüşdüyü Gucci mağazasının satıcısını bəyənib və gəlini üçün onun yaxşı namizəd olduğunu düşünür.

Məlumata görə, Kriştianu Rodriqeslə birgə evliliyindən övlad dünyaya gəlməsini də istəyir.

Xatırladaq ki, portuqaliyalı artıq 6 yaşlı kiçik Ronaldunu, surroqat anadan doğulan oğlunu böyüdür.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?