Modern.az

Komitə sədrindən magistratura dərsliklərinin olmamasına ETİRAZ

Komitə sədrindən magistratura dərsliklərinin olmamasına ETİRAZ

30 Yanvar 2017, 12:51

“Azərbaycanda 1998-ci ildən magistratura pilləsi olmasına baxmayaraq, bu təhsil pilləsi üzrə ali məktəblərdə dərsliklərin hazırlanmasına az diqqət edilir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda deyib.

İsa Həbibbəyli bildirib ki, magistratura pilləsinin dərslik və proqramları bakalavr pilləsinin dərslik və proqramlarından çox az fərqlənir

Komitə sədri deyib ki, doktorantura ixtisasında fəlsəfə, informatika kimi fənlərin tədris proqramlarının dərslikləri olsa da, ixtisas fənləri Azərbaycan təhsilinin proqram və dərsliklərinin əhatəsində yoxdur.

 “Bu ixtisas üzrə yeni tipli kadrlaın hazırlanması vacib məsələdir”.

İ.Həbibbəyli həmçinin qeyd edib ki, təhsilin inkişaf etdirilməsi üçün milli təhsilin bütün sferalarında istehsalatda, sənaye sahələrində doğru addımlar atılmalıdır.

 “Təhsil elm iqtisadiyyatın vəhdəti azərbaycan cəmiyyətinin parlaq inkişafının ana xəttini təmin edir. Təhsilin qanunvericilik bazasının hazırlanması istiqamətində ölkədə mühüm addım atılır. Yaxın zamanlarda təhsilin digər pillərinə dair qanun layihələri hazırlanacaq. Hazırlanan qanun layihələri ilk növbədə Azərbaycanın reallığı, onun potensialları və imkanları əsas götürülür”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir