Modern.az

Alla Puqaçova Bakıdadır

Alla Puqaçova Bakıdadır

Mədəni̇yyət

3 Sentyabr 2009, 20:41

SSRİ xalq artisti Alla Puqaçova bu gün axşam saatlarında Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında onu Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qarşılayıb.
A.Puqaçova jurnalistlərə açıqlamasında deyib ki, yenidən Bakıya gəlməkdən məmnundur. O, Bakıda çoxlu dostlarının olduğunu söyləyib. A.Puqaçova Dağlıq Qarabağda separatçı rejimin dəvətilə orada konsert verəcəyi barədə erməni mətbuatında yayılan məlumatları təkzib edib.
Alla Puqaçova sabah Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə Heydər Əliyev Sarayında xüsusi konsert proqramı ilə çıxış edəcək. Sentyabrın 5-də isə o, “Buta Palace”də konsert verəcək. Bu konsertdə həm də xüsusi ziyafət təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi