Modern.az

Deputat ad günü qeyd edib

Deputat ad günü qeyd edib

3 Aprel 2011, 15:30

Bu gün Milli Məclisin deputatı Rövnəq Abdullayevin ad günüdür. Modern.az-ın məlumatına görə, Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək “Neft Daşları”nda əmək fəaliyyətinə başlayıb.

1990-cı ildən “28 May” NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən “Xəzərdənizneftqazinşaat” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən “Xəzərdənizneftqaztikinti”trestinin müdiri vəzifəsində işləyib. 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib. 6 noyabr 2005-ci il tarixdə 24 saylı Nizami birinci seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 9 dekabr 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.

2004-cü ilin fevralından “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olub. 2008-ci ildən bu günədək isə AFFA prezidentidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2010-ci il 7 noyabr seçkilərində yenidən Milli Məclisin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü üzvüdür. Evlidir, Bir oğlu, bir qızı var.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı