Modern.az

Eldar Əzizov sarmaşıqları yenidən Sumqayıta qaytardı

Eldar Əzizov sarmaşıqları yenidən Sumqayıta qaytardı

Ölkə

4 Aprel 2011, 11:11

İcra Hakimiyyətinə özünəməxsus yaraşıq verən sarmaşıqlar keçən ilin yayında binadan çıxarılmışdı


“Sumqayıt şəhər İcra Hakimiyyətinin binası əvvəlki vəziyyətinə qaytarılacaq”. Bu sözləri Sumqayıtda yayımlanan “Dünya TV”yə açıqlamasında Sumqayıt şəhər mənzil kommunal xidmətinin rəisi Abid Əliyev deyib. Onun sözlərinə görə, İcra Hakimiyyətinin əvvəlki vəziyyətinə qaytarılması üçün artıq bina ətrafı ərazilərdə sarmaşıqlar əkilib.

“İcra Hakimiyyətinin iqamətgahının ətrafında yaşıllıqlarla yanaşı, sarmaşıqlar da əkilib. Onlara qulluq yüksək səviyyədə apralıcaq ki, tez zamanda bina əvvəlki formasına qaytarılsın. Binanın yaşıllığı üçün istifadə olunan sarmaşıqların 30-40 il ömrü olur”.

Qeyd edək ki, bir müddət öncə Sumqayıt şəhəri İcra Hakimiyyətinin binası digər şəhərlərdə olan anoloji binalarından gözəl görkəmi ilə fərqlənirdi. Belə ki, binanın ətrafı sarmaşıqlardan əhatə olunduğundan icra hakimiyyətinin iqamətgahı yaşıllıqlar içərisində möhtəşəm görsənirdi. Lakin keçən ilin yayında həmin sarmaşıqlar binadan çıxarıldı. Səbəb kimi şəhər sakinləri bir neçə versiyanın olduğunu bildirirlər.
Deyilənə görə, yaşıllıqlarla əhatə olunduğundan binaya çoxlu həşəratlar gəlir və buna qarşı mübarizə aparmaq çətin idi. Bəzi versiyalara görə isə, sarmaşıqların vaxtı ötdüyündən binadan çıxarılıb. Başqa məlumata görə, digər icra hakimiyyətinin binaları daşlarla bəzədildiyindən bu bina da belə görkəm alması üçün yaşıllıqlardan məhrum edilib.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü