Modern.az

Əsgər ehtiyatsızlıq üzündən xidmət yoldaşını öldürüb

Əsgər ehtiyatsızlıq üzündən xidmət yoldaşını öldürüb

Təhsil

5 Aprel 2011, 10:59

Azərbaycan Ordusunda ölümlə nəticələnən silahlı insident baş verib.
Hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. (APA)

Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranarkən atəş açılıb, güllə əsgər Asif Samir oğlu Əliyevə dəyib. Başından güllə yarası almış A. Əliyev aldığı güllə yarasından dünyasını dəyişib. 1991-ci il təvəllüdlü A. Əliyev Salyan RHK-dan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?