Modern.az

Yunan prezident Azərbaycan əsgərinə “salam” verdi

Yunan prezident Azərbaycan əsgərinə “salam” verdi

5 Aprel 2011, 12:39

Azərbaycanda rəsmi səfərdə olan Yunanıstan Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.  Fəxri qarovul dəstəsinin rəisi Prezident  İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Karolos Papulyası qarşılayıb.

Daha sonra hər iki ölkənin dövlət himnləri səslənib. Yunanıstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Karolos Papulyasa, Yunanıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkiblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papuliasın təkbətək görüşü olub. Görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilib.

Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?