Fil Dişi Sahili (Kot Divuar) ölkəsinin prezidenti Loran Qbaqbo təslim olub. O dünən axşam müxalifətçilərə müraciət edərək onlarla görüşüb və hakimiyyət orqanlarına təslim olduğunu bildirib.
Modern.az Lenta.ru-ya istinadən bildirir ki, son seçkilərdə məğlub olan prezident səlahiyyətlərini təhvil vermədkən imtina edirdi və müxalifətə qarşı silahlı müqavmətə başlamışdı
Bir neçə həftədir ki, bu ölkədə vətəndaş müharibəsi gedirdi. Avropa dövlətləri və BMT Qbaqbonu təslim olmağa və hakimiyyəti müxalifətin seçkilərdə qalib gəlmiş namizədi Alassan Uattararya verməyə çağırmışdı.