Rusiya 7 noyabr tarxini yenidən “Böyük Oktyabr İnqilabı” günü olaraq rəsmi bayram kimi qeyd edəcək. Modern.az “İnterfax” agentliyinə istinadən bildirir ki, bu barədə məlumatı Moskva hökümətinin iclasında paytaxtın reklam və KİV departamentinin rəhbəri Vladimir Çernikov bildirib.
Qeyd edək ki, SSRİ tarixşünaslığında 7 noyabr böyük siyasi bayram sayılırdı. 1917-ci ildə rus bolşevikləri başda Vladimir Lenin olmaqla Müvəqətti höküməti devirərək Rusiyan;n sosialist quruluşuna keçdiyini elan ediblər. Sovet Rusiyası adlanan bu quruluş 70 il davam edib.
SSRİ-də “Böyük Oktaybr Sosialist İnqilabı” adı ilə qeyd edilən 7 noyabr ölkənin əsas ideoloji və siyasi bayramı sayılırdı. SSRİ dağıldıqdan sonra bu günü yalnız Ruiya kommunistləri qeyd edirdilər.
Modern.az