Modern.az

Prezident Biləcəri və Xocasən qəsəbələrindəki tikintiyə 2 milyon manat ayırdı

Prezident Biləcəri və Xocasən qəsəbələrindəki tikintiyə 2 milyon manat ayırdı

Təhsil

13 Aprel 2011, 18:46

Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Xocasən qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında  sərəncam imzalayıb. Sərəncamda deyilir:

“- Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1.Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən mədəniyyət-istirahət parkının abadlaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2.Binəqədi rayonunun Xocasən qəsəbəsində 103 saylı ümumtəhsil  məktəbinin 640 şagirdlik əlavə korpusunun tikintisi üçün Bakı şəhərinin Binəqədi rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

3.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin”. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?