Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçi-eksperti Heydər Mirzə 2011-ci ilin aprel ayının 18-dən etibarən, iki həftə ərzində Rusiya Strateji Araşdırmalar İnstitutunda(RİSİ) qonaq elmi işçi qismində Şimali Qafqazda vəziyyət, Rusiya-Azərbaycan münasibətləri kontekstində Şimali Qafqazın problemləri mövzularında elmi tədqiqatlar aparmaq üçün aprelin 15-i Moskvaya yola düşəcək.
Strateji Araşdırmalar Mərkəzi (SAM) və RİSİ arasında qarşılıqlı əlaqələrin inkişafının göstəricisi olan elmi işçilərin mübadiləsinə dair anlaşma cari ilin martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması zamanı əldə olunub.
Modern.az