Modern.az

İlham Əliyev Astarada bir sıra obyektlərin açılışında iştirak edib

İlham Əliyev Astarada bir sıra obyektlərin açılışında iştirak edib

Təhsil

15 Aprel 2011, 18:54

Aprelin 15-də Prezident İlham Əliyev Astaraya səfəri zamanı Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub və  tapşırıqlarını verib.

Daha sonra Prezident Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq “Astara-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Dövlət  başçısı su-elektrik stansiyasının təməlini qoyub və gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb  öz  tövsiyə və tapşırıqlarını verib.

Prezident həmçinin Astara qaz-kompressor stansiyasının açılışında da iştrak  edib.  Astara şəhərinin Heydər Əliyev prospektində yaradılan Dövlət Bayrağı Meydanı ilə tanış olan dövlət başçısı daha sonra Gənclər Evinin açılışını bildirən lenti kəsib. Ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olan dövlət başçısı  burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradıldığını bildirib.

Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılan şəraitlə də tanış olub. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezidentə məlumat verərək bildirib  ki, hazırda Astara Gömrük İdarəsində 205 nəfər daimi işlə təmin olunub.

Prezident Astarada Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılan şəraitlə yaxından  tanış olub və  Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

İlham Əliyev Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışını edib. Burada müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxdığı bildirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?