Modern.az

Abel Məhərrəmov futbol yarışının açılışını edib

Abel Məhərrəmov futbol yarışının açılışını edib

Təhsil

16 Aprel 2011, 15:53

Aprelin 16-da Bakı Dövlət Universitetinin futbol meydançasında Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə universitetin 17 fakültəsi, eyni zamanda  MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb. Bildirib ki, dünya şöhrətli xadimin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq.
Daha sonra dövlət himni səslənilib və idman kafedrasının müdiri Akif Atakişiyev tədbirin proqramını elan edib. Tədbir konsetr proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?