Modern.az

TQDK bazar günü 29 şəhərdə sınaq imtahanı keçirib

TQDK bazar günü 29 şəhərdə sınaq imtahanı keçirib

Təhsil

17 Aprel 2011, 18:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 17-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 29 şəhərində sınaq imtahanı keçirib.

TQDK-dan verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Ağcabədi, Tərtər, Ucar, Kürdəmir, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Astara, Quba, Xaçmaz, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 45 binada aparılıb. İmtahanda iştirak etmək üçün 32156 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanı iştirakçılarına yeni (3 nömrəli) test kitabçası təqdim olunub. Cavablar yaxın günlərdə açıqlanacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?