Modern.az

İctimai Palatanın aksiyası başa çatıb, polisin rəsmi məlumatı olacaq

İctimai Palatanın aksiyası başa çatıb, polisin rəsmi məlumatı olacaq

Təhsil

17 Aprel 2011, 18:53

İctimai Palatanın Səbail rayonu ərazisindəki “Sahil” bağı ətrafına təyin etdiyi icazəsiz mitinq başa çatıb. Artıq sözügedən ərazidə sakitlikdir. Hər hansı aksiya cəhdi müşahidə edilmir. Post-Patrul Xidmətinin əməkdaşları “Sahil” bağı ətrafınna nəzarəti davam etdirilər.

AXCP 50-yə yaxın fəalının həbs olunduğunu bildirir. Müsavat Partiyası isə 17 aprel mitinqində polisin bu qurumun 100 nəfərə yaxın üzvünün saxladığını bəyan edir.

Amma saxlanılanların bir qisminin paytaxtdan kənarda sərbəst buraxıldığı bildirilir.

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi bir qədər sonra icazəsiz aksiya ilə bağlı rəsmi məlumat yayacaq.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?