Modern.az

Barak Obama bu gün "Facebook"da olacaq

Barak Obama bu gün "Facebook"da olacaq

Təhsil

20 Aprel 2011, 13:14

Amerika prezidenti Barak Obama bu gün ilk dəfə olaraq ABŞ  vətəndaşları ilə "Facebook" vasitəsi ilə danışacaq.

Modern.az-ın "RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Obama bu görüşü reallaşdırmaq üçün artıq ABŞ Kaliforniya ştatına  yollanıb.  Ağ ev Prezidentin səfəri ilə  bağlı açıqlama yayıb:
"Bu gün Obama "Facebook" vasitəsi ilə amerikalılarla iqtisadiyyat barədə  danışacaq. Prezident vətəndaşları ilə mürəkkəb məsələləri müzakirə edəcək. Xüsusi ilə iqtisadiyyatı maliyyə nöqteyi-nəzərindən daha uğurlu yola qaytarmaq barədə söhbətlər aparacaq. Görüşdə həmçinin ABŞ-ın rəqabəti mümkün olan innovasiyalara sərmayə ayırmaq məsələsi də müzakirə ediləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?