Modern.az

Hafiz Hacıyev Qərbi azərbaycanlılardan yenə kömək istəyib

Hafiz Hacıyev Qərbi azərbaycanlılardan yenə kömək istəyib

Təhsil

20 Aprel 2011, 14:40

Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin, Mitinq Komitəsinin və rayon təşkilat sədrlərinin, Qərbi azərbaycanlıların Əlaqələndirmə Şurasının, həmçinin fəal gənclərin iştirakı ilə geniş toplantısı keçirilib.
Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Toplantıda MMP-nin  keçirəcəyi   mitinqin detalları  müzakirə edilib. Müzakirələr zamanı məlum olub ki, aksiya üçün nəzərdə tutulan bütün texniki məsələlər həll olunub. Aksiyanın keçirilməsi üçün MMP-nin  BŞİH-nə ünvanladığı məktuba bu günə qədər cavab verilməməsi yeganə problem kimi dəyərləndirilib. Qərara alınıb ki, BŞİH-dən mitinq gününə hər hansı bir cavab alınmazsa, partiya həmişəki kimi icazəsiz olaraq Bakının mitinqə münasib meydanlarının birində etiraz aksiyasını keçirsin. Mitinq Komitəsi bu dəfə də aksiyanın keçirilməsində gənc fəallardan və Qərbi azərbaycanlılardan kömək istəyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?