Modern.az

Prezident Azərbaycanın üç ölkədəki səfirini dəyişdi

Prezident Azərbaycanın üç ölkədəki səfirini dəyişdi

Təhsil

20 Aprel 2011, 20:25

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycanın Respublikasının bir sıra xarici ölkələrdəki səfirləri dəyişdirilib. Ölkə başçısı Azərbaycanın Yaponiya, Gürcüstanda və Belarusdakı diplomatik korpuslarına yeni fövqəladə və səlahiyyətli səfirlər təyin edib. Modern.az-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti xəbər verib.

Prezident İlham Əliyev Azər Hüseynin Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri, Namiq Əliyevin Gürcüstanda fövqəladə və səlahiyyətli səfir, İsfəndiyar Vahabzadənin Moldovada fövqəladə və səlahiyyətli səfir, Əli Nağıyevin Belarusda fövqəladə və səlahiyyətli səfir vəzifələrindən geri çağırılması haqqında sərəncamlar imzalayıb.

Ölkə başçısının digər sərəncamları ilə Azər Hüseyn Gürcüstana, İsfəndiyar Vahabzadə Belarusa, Namiq Əliyev Moldovaya səfir təyin olunub.

Azərbaycanın Belarusda sabiq səfiri Əli Nağıyev həmçinin ölkəmizin MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb. Ə.Nağıyevlə bağlı yeni təyinat yoxdur.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?