Modern.az

Bütün dünyanın izlədiyi "Real" - "Barselona" matçının qalibi bəlli oldu

Bütün dünyanın izlədiyi "Real" - "Barselona" matçının qalibi bəlli oldu

Təhsil

21 Aprel 2011, 09:21

Madridin "Real" klubu portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ilk kuboku qazanıb. "Kral klubu" tarixində 18-ci dəfə İspaniya kubokuna sahib olub.

Mourinyonun komandası finalda əzəli rəqibi "Barselona"nı məğlub edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. 69-cu dəqiqədə hakim "Barselona"nın hücumçusu Pedro Rodrigesin vurduğu qolu hakim saymayıb. Səbəb kimi Pedronun oyundankənar vəziyyətdə olması göstərilib.

"Real" əlavə vaxtda istəyinə çatıb. 103-cü dəqiqədə komandanın lideri Kriştianu Ronaldu qələbə topunu vurub - 1:0.

Qeyd edək ki, "Real" və "Barselona" komandaları Çempionlar Liqasının yarımfinal mərhələsində də 2 dəfə qarşılaşacaqlar. Həmin görüşlər aprelin 27-si və mayın 3-də keçiriləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?