İran sentyabr ayında yer orbitinə “həyat kapsulu” ilə diri meymun göndərməyi planlaşdırır. Modern.az İSNA agentliyinə istinadən bildirir ki, bu barədə ölkənin kosmik agentliyinin rəhbəri Həmid Fazili bildirib.
İranın istehsal etdiyi “Kavoşqar-4” daşıyıcı raket kosmosa martın 16-da buraxılıb. Raket ilk dəfə olaraq canlı orqanizmləri kosmosa uçuşunu təmin edəcək “həyat kapsulası” adlanan aparatı orbitə çıxarıb. Həmin vaxt apartın içinə diri meymun əvəzinə kukla qoyulub.
“Burada məqsəd sistemin düzgün işləməsini yoxlamaq idi. Nəticələr yaxşıdır”-deyə Fazili bildirib.
İranın kosmik proqramları 2008-ci ilin fevralından başlanıb.