Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 17-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 29 şəhərində keçirtdiyii sınaq imtahanın nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın saytında //www.tqdk.gov.az/sinaqnetice/ yerləşdirilib.
TQDK-nın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Ağcabədi, Tərtər, Ucar, Kürdəmir, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Astara, Quba, Xaçmaz, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 45 binada aparılıb. İmtahanda 32156 nəfər aituriyent iştrak iştrak edib.
Modern.az