Ölkə başçısı İlham Əliyev bu gün Prezident Administrasiyasında bir qrup ictimai-fəal gənci qəbul edib. Görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, müavini Səadət İmanova, bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər. Bu barədə məlumat Modern.az saytına ATGTİ-nin Mətbuat xidmətindən verilib.
Görüşdə gənclərin ictimai-siyasi fəallığından, sosial problemlərindən, ölkənin gənclər siyasətindən, bu istiqamətdə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətindən danışan Prezident gənclərin fikirlərini dinləyib, problemləri ilə tanış olub, gənclərin təşəbbüskarlığının vacibliyini vurğulayıb.
Sonda gənclərlə xatirə şəkli çəkdirən Prezident İlham Əliyev onlara uğurlar arzulayıb.
Qeyd edək ki, ATGTİ-nin sədri Ş.İsmayilov “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nın layihəsinin hazırlamnasın üçün yaradılmış İşçı qrupunun üzvüdür. Həmin işçi qrupuna Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sədrlik edir.
Modern.az