Modern.az

Azərbaycan toylarının bugünkü vəziyyəti müzakirə olunub

Azərbaycan toylarının bugünkü vəziyyəti müzakirə olunub

Təhsil

21 Aprel 2011, 15:00

Bu gün Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi “Səs” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2011-ci ilin birinci rübündə maliyyələşdirdiyi “Unudulan və unudulmaqda olan milli adət-ənənələrimizin dirçəldilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirib. Dəyirmi masanı açan ADİİM sədri Cavid Şahverdiyev öncə layihənin fəaliyyət planında görüləcək işlərdən danışıb. O, bildirib ki, bu layihə 2010-cu ildə həyata keçirilən layihənin davamıdır. 3 aylıq davam edəcək layihə çərçivəsində 2 dəyirmi masa, jurnalistlər üçün 1 təlim və regionlara (Quba və Xaçmaz) 2 səfər nəzərdə tutulub. Bundan başqa, buklet və kitab nəşr ediləcək. “Əvvəlki layihəmizdə mövzu milli bayramlarımız idisə, bu dəfə milli toylarımız, orada ifa edilən rəqs və mahnılar, toy süfrəsinin “müasirləivəsi” və “avropalaşması” səbəbləri araşdırılacaq”.
ADİİM sədri onu da vurğulayıb ki, milli toy adət-ənənələrinib unudulması, onların yadlaşdırılması xalqın faciəsidir. Daha sonra layihənin eksperti AMEA-nın Folklor İnstitunun elmi işçisi Elçin Qaliboğlu bu faciəni doğuran səbəbləri izah edərək, çıxış yollarının göstərib. O bildirib ki, bugünki toylarda geyimdən tutmuş mətbəx  mədəniyyəti “avropalaşıb” ki, bu da cəmiyyəti uçuruma aparır.
Tdbirdə iştirak edən Hüquqi və Demokratik İslahatlar Mərkəzi İB-nin sədri İlham Əliyev, Təhsil və Media İnnovasiyaları Mərkəzi İB-nin sədri Səidə Hüseynova da toyları bugünki təşkilindən narazılıqlarını bildiriblər. Daha sonra tədbir iştirakçiları arasında fikir mübadiləsi aparılıb.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?