Ölkənin qaz təsərrüfatının müasirləşdirilməsi, istehlakçıların maarifləndirilməsi istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ardıcıl olaraq “açıq mətbuat saatı” keçirilir. Biriliyin mətbuat xidmərindən Modern.az-a verilən məlumata görə, ardıcıl olaraq həyata keçirilən tədbirlər çərçivəsində İB-də növbəti “açıq mətbuat saatı” aprelin 22-də saat 12:00-dan 13:00-dək keçiriləcək.
Bu dəfə “Azəriqaz” İB-nin Smart tipli sayğacların tətbiqi və nəzarəti şöbəsinin rəisi Fərid Mustafazadə smart tipli sayğacların tətbiqi və idarəetmənin təkmilləşdiriməsi ilə bağlı sualları cavablandıracaq.
Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri və istehlakçılar (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq mövzu ilə əlaqədar suallarına cavab ala bilərlər.
Modern.az