Modern.az

Metyu Brayza: "Baş verənləri araşdırmaq üçün Naxçıvana getdim"

Metyu Brayza: "Baş verənləri araşdırmaq üçün Naxçıvana getdim"

Təhsil

21 Aprel 2011, 18:17

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasına iki günlük səfəri bu gün başa çatıb. ABŞ səfriliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində M.Brayza rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb, həmçinin ABŞ-ın Energetika Departamenti tərəfindən maliyyələşən layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərəyə gedib.

“Naxçıvan müasir Azərbaycanda çox mühüm rol oynayır. Ali Məclisin sədri Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, o cümlədən Muxtar Respublikanın qədim tarixi barədə daha dərin biliklər əldə etmək çox faydalı oldu. Biz naxçıvanlılarla, arxeologiya da daxil olmaqla bir sıra məsələlər, sərhəd təhlükəsizliyi, demokratiyanın gücləndirilməsi və təhsillə bağlı layihələrdə əməkdaşlıq edirik və bu əməkdaşlığı genişləndirməyi düşünürük” deyə səfir qeyd edib.

Məlumata görə, hazırki vəzifəsində Bakıdankənar ilk rəsmi səfəri çərçivəsində səfir Brayza Avropa Parlamenti, beynəlxalq arxeoloji qurumlar və vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına, eləcə də o zaman səfir Brayzanın Azərbaycanın yüksək səviyyəli rəsmilərinə narahatçılığını ifadə etməsinə səbəb olmuş 2005-ci ildə erməni xaçkarlarının (qəbir daşları) məhv edilməsi məsələsini araşdırmaq məqsədilə Culfaya səfər etmək niyyətində idi.

Səfirin Culfaya səfəri barədə müraciəti qəbul edilməyib. Lakin Naxçıvandakı rəsmilər Culfadakı xaçkarlarla əlaqədar məsələni səfir Brayza ilə ətraflı müzakirə edib və gələcək aylarda onunla əməkdaşlıq edərək Culfa qəbristanlığına səfərin təşkil ediləcəyinə vəd veriblər.

“Səfir kimi gəlməzdən öncə Vaşinqtonda vəd etdiyim kimi, mən Culfada baş verənləri araşdırmaq üçün Naxçıvana getdim. Qəbristanlığın dağıdılması barədə məlumat aldığım zaman bildirdiyim kimi, mədəni irsin, xüsusən də qəbristanlığın məhvi, harada baş verdiyindən asılı olmayaraq, faciədir.  ABŞ bütün tərəfləri bu cür yerlərə hörmətlə yanaşmağa və bu yerlərin qorunması üçün əməkdaşlıq etməyə səsləyir” deyə səfir  Brayza bildirib. 

“Qafqaz bir çox mədəni sərvətlərin, bu gözəl bölgəyə məxsus müxtəlif etiqadlar, ənənə və dəyərlərin məskənidir” deyə Brayza bildirib. 
“Mən, Tbilisidə erməni kilsələri, həmçinin Şuşa və Ağdamda Azərbaycan məscidlərinin qorunmasında fəal iştirak etmişəm. Bu mədəni və dini abidələrin qorunması böyük bəşəri əhəmiyyət daşıyır, bu isə öz növbəsində bütün siyasi, mədəni və dini fərqlərin fövqündədir”-deyə səfir əlavə edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?