Arxiv
4 Sentyabr 2009, 11:38 | PARLAMENT
Parlamentarizm və biz

Tarixən hər bir ölkədə vətəndaş cəmiyyətinin normal inkişafı üçün dövlət strukturları mühüm rol oynamışdır. Çünki dövlət yaranandan bəri, siyasi hakimiyyət, dövlət idarəçiliyinin “xalqa yaxınlaşdırılması”, maksimum demokratikləşdirilməsi ən vacib problemlərdən biridir.
Biz demokratiyaya hansısa abstrakt «dünya hökuməti»nin siyasi mənafelərinə uyğun, irreal, ideal məfhum və doktrina kimi deyil, yaşadığımız dövrün, habelə insan övladı olaraq hazırda keçirdiyimiz fiziki-mənəvi inkişaf mərhələsinin təbii tələbatlarından doğan tarixi zərurət kimi yanaşmalıyıq.
Hər bir dövlətdə əsas üç qol, qanunverici, icraedici və məhkəmə və yaxud da nəzarət edici orqan vardır. Bəzən birinci ilə ikincinin yeri dəyişir, amma bu həmin cəmiyyətlərin öz prinsiplərinə əsaslanır.   Əlbəttə, ideal dövlət tipində hər üç hakimiyyət budağını xalq formalaşdırmalıdır. Çünki xalq dövlət hakimiyyətinin müstəsna mənbəyidir. Dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. 
Ümumiyyətlə, hakimiyyətə baxışlar sistemi bütün xalqlar üçün qanunauyğun şəkildə mütləqiyyətdən (monarxiyadan) özünüidarəçiliyə doğru ümumi bir təkamül yolu keçmişdir. Dünyanın ən qabaqcıl və mütərəqqi ölkələri parlamentarizm prinsipini siyasi hakimiyyət təliminin mərkəzinə gətirə bilmiş ölkələrdir.
Bəs onda parlamentarizm prinsipi nədir? Bu prinsipi prioritet götürmüş mütərəqqi Qərb cəmiyyətləri mütləqiyyətin universal təzahür formalarının, xüsusilə totalitar və avtoritar rejimlərə xas təkbaşçılıq elementinin mümkün qədər daha çox məhdudlaşdırılmasını qəsd ediblər. Bu cəmiyyətlərdə icra hakimiyyətinin başında dayanan prezidentlərin hüquq və səlahiyyət dairələri maksimum ixtisar olunur, hətta bir çox hallarda prezidentlər parlamentə hesabat verən, ondan mandat alan liderlər  kimi legitimləşdirilir.
Məhkəmə instansiyalarına rəhbərlik edən hakimləri də parlament birbaşa, yaxud dolayısı ilə seçir. Bütün bu üstünlüklər isə məhz parlamentin kollektiv və kollegial, siyasi-iqtisadi maraq və məramlarına görə bir-birindən kəskin şəkildə fərqlənən deputatların formalaşdırdığı və buna görə də xalqın bütün təbəqələrinin baxışlarını ifadə etməyə qadir bir hakimiyyət suvereni olmasından irəli gəlir. Parlament özünün bu əlamətləri ilə cəmiyyətdə hökm sürən sosial münasibətlərdəki çoxcəhətliliyi, ziddiyyəti inikas etdirir, ictimai spektrin tam da olmasa, dolğunluğa yaxın mənzərəsini, kaleydoskopunu verə bilir. Belə dövlət tipində xalq həm seçici, həm də seçilən rolunda idarəçiliyin daha fəal subyektinə çevrilir.
Bu tip dövlətlər parlamentarizmi və demokratizmi siyasi həyatın episentrinə gətirən, cəmiyyətin hərəkətverici qüvvəsi mövqeyinə yüksəldən dövlətlərdir.
Azərbaycanda və müstəqilliyini yeni qazanmış postsovet ölkələrində isə prezidentli respublika idarə üsulu hökm sürür. Bu ölkələrdə parlamentarizmə baxış istər hüquqi, istərsə də real- praqmatik baxımdan tam başqadır. Azərbaycanın timsalında həmin münasibət daha aydın cizgilərlə təsvirini tapa bilər. Bizdə prezidentlə yanaşı qanunverici təmsilçilik orqanı kimi parlament də mövcuddur. Milli Məclis ölkədə parlamentarizm prinsipinin hüquqi daşıyıcısı rolunda çıxış edir.
Azərbaycan parlamenti bugünkü vəziyyətində ciddi hüquqi məktəb və siyasi mədəniyyət sistemi kimi çıxış edir. Parlament dövlət həyatının idarə olunmasına dair siyasi qərarların hazırlanması və qəbulu prosesində fəal iştirak edir.
Eyni zamanda parlamentin həqiqi parlamentarizm prinsipləri səviyyəsinə gətirilməsi, ölkənin nəbzini tuta bilməsi üçün də normal partiya quruculuğu prosesi getməlidir. Bunlar bir-birini tamamlayan, bir-biri üçün «səbəb-nəticə tərkibi» təşkil edən şərtlərdir.
Bu gün Azərbaycanda normal, klassik tələblərə cavab verən siyasi partiyalar yox dərəcəsindədir. Siyasətşünaslıq konsepsiyalarına az-çox bələd olan hər kəs yaxşı bilir ki, siyasi sistem yalnız siyasi partiyaların siyasi bazarda azad rəqabəti ilə inkişaf tapa bilər. Burada da əsas vəzifə həmin bazarı sivil qayda-qanunlara tabe etdirməkdən ibarətdir. Bunun üçün azı bir sıra şərtlərə əməl olunmalıdır.
Parlamentarizmin inkişafı həm də kütləvi informasiya vasitələri ilə əməkdaşlıqdan asılıdır. Qanunvericilik sahəsində qazanılmış təcrübə, qanunların əhəmiyyəti, prinsipiallığı, qanunların şərhi, qanunların icrasına nəzarət barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasında mətbuat müstəsna rol oynayır. Çünki,  V.İ. Leninin təbirincə desək “qəzet kollektiv təşkilatçı, kollektiv təbliğatçı, həm də kollektiv təşviqatçıdır”.  İndiki şəraitdə radio, televiziya, qəzet və jurnallar, elektron kommunikasiya vasitələri bu anlamı daha da artırır.
Bu yaxınlarda  Atatürk Mərkəzində Milli Məclisin deputatları və jurnalistlərin birgə iştirakı ilə “Parlament və media: əməkdaşlığın perspektivləri mövzusunda” dəyirmi masa keçirilmişdir. Tədbirdə parlamentin fəaliyyətinin işıqlandırılması sahəsində mövcud vəziyyət, parlament və media əməkdaşlığı, qəbul olunan qanunların cəmiyyətə çatdırılması və digər məsələlər müzakirə edilmişdir. Tərəflər parlamentlə media arasında əməkdaşlığın inkişafına böyük ehtiyac olduğunu vurğulamış, həm də bir-birilərinə irad tutmuş, bir-birilərini qeyri peşəkarlıqda günahlandırmışlar.
Müxtəlif təkliflərlə çıxış edən millət vəkilləri əməkdaşlıqda mövcud vəziyyəti təhlil edərək kütləvi informasiya vasitələrində parlamentin fəaliyyətinin yetərincə işıqlandırılmadığını bildirmiş və qanunvericilik prosesinin cəmiyyətə çatdırılması istiqamətində analitik materialların hazırlanmasını təklif etmişlər. Millət vəkilləri qanunvericilik prosesini işıqlandıran media mənsubları sırasında peşəkarlığın artırılmasını da önə çəkmişlər.
Kütləvi informasiya vasitələrinin nümayəndələri isə parlament media əməkdaşlığının inkişafında millət vəkillərinin də fəallığı artırmasını vacib saymışlar. Bildirilmişdir ki, qanunvericilik prosesi barədə cəmiyyətin məlumatlandırılması ilə bağlı millət vəkillərindən də təkliflər gəlməlidir.
Kim haqlıdır? Hər iki tərəf, ya da heç kim.
Müzakirələrdən sonra belə bir fikir yaranmışdır ki, hər iki tərəf öz üzərinə düşən vəzifələri dəqiq kəsdirə bilmir və yaxud da bilərəkdən etiraf etmir. Çünki, əsas parlamentarizm və ya  parlamentarizmin prinsipləri başqa şeyi tələb edir. Bura həm hər iki tərəfin öz vəzifələrini yetərincə bilməsi, həm təmsilçiliyin hər iki tərəfdən dərk olunması, maarifləndirmənin yetərincə aparılmaması, jurnalistlərin sensasiya dalınca qaçaraq qanunların əsas mahiyyətinə diqqət yetirməməsi, eləcə də deputatların qanunları düzgün şərh etmək əvəzinə şəxsi və ya cılız məsələləri önə çəkməsi və digər məsələlər daxildir.
Ona görə də ilk növbədə peşəkarlıq artırılmalı, qanunverici orqanın səlahiyyətləri aydınlaşdırılmalıdır. Amma hər halda cəmiyyətin idarə olunmasında və demokratiyanın inkişafında parlament daha böyük rol oynayır. Ona görə də burada parlamentin, xalq təmsilçiləri olan deputatların üzərinə daha böyük yük düşür.

 

              

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki piyadanı vuran yük maşınını sürücü saxlanılıb - RƏSMİ 11 Dekabr 2019, 10:36 Qəzada ölən tələbələrin kimliyi məlum oldu - FOTO 11 Dekabr 2019, 10:30 Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü - ANBAAN VİDEO 11 Dekabr 2019, 09:55 İcra başçısının işdən çıxardığı müavini ÖLKƏDƏN QAÇDI 11 Dekabr 2019, 09:47 Gürcüstan-Azərbaycan sərhədində İNSİDENT - yaralanan var 11 Dekabr 2019, 09:40 Xaricdəki azərbaycanlılardan MESAJ: “Yeni seçiləcək deputatlara ümid edirik” 11 Dekabr 2019, 09:39 Ermənilər mövqelərimizi atəşə tutdu 11 Dekabr 2019, 09:29 Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur 11 Dekabr 2019, 09:19 Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər… 11 Dekabr 2019, 08:46 Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı 11 Dekabr 2019, 08:41 Çempionlar Liqasında 6-cı tur yekunlaşır - “Qalatasaray” üçün çətin sınaq - TƏQVİM 11 Dekabr 2019, 08:28 Bu komandalar da Çempionlar Liqasının 1/8 finalına çıxdılar 11 Dekabr 2019, 08:23 Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11