Modern.az

“NATO-da müttəfiqlər yoxdur, ancaq vassallar var” -  Putin

“NATO-da müttəfiqlər yoxdur, ancaq vassallar var” -  Putin

Dünya

3 İyun 2017, 21:37

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb. Modern.az xəbər verir ki, Rusiya dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini "Politico" nəşri yayıb.

Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. "Bu gün o, (NATO) ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var" – deyə prezident qeyd edib.

Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi – lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.

"Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa – raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri" – deyə Rusiya lideri əlavə edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə