Modern.az

Azneft istiqamətində hərəkət dondu

Azneft istiqamətində hərəkət dondu

Aktual

9 İyun 2017, 17:31

Bu gün Bakının əsas prospektlərindən biri sayılan Neftçilər pospektində, xüsusən də Azneft meydanında nəqliyyat vasitələrinin hərəkəti iflic olub. Yol polisindən Avtosfer.az-a bildiriblər ki, Formula 1 yarışına hazırlıqla əladədar olaraq Azneft meydanında oturacaqların quraşdırılmasına başlanılıb. Bu üzdən də Azneft meydanında böyük sıxlıq yaranıb. Hazırda ərazidə dəhşətli sıxlıq var. Neftçilər prospektində yalnız bir hərəkət hissəsi işləyir ki, onu da ikitərəfli ediblər. Yəni, Qız Qalasından Azneftə qədər olan hissədə nəqliyyat vasitələri yalnız bir hərəkət hissəsindən istifadə edə bilirlər. Bunu nəzərə alaraq yol polisi sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadə etsinlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?