Modern.az

Siyavuş Novruzov: “Vətənə xəyanət edənlər axıra qədər həbsdə qalmalıdır”

Siyavuş Novruzov: “Vətənə xəyanət edənlər axıra qədər həbsdə qalmalıdır”

Parlament

6 May 2011, 13:32

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini deputat Siyavuş Novruzov parlamentin bu günkü iclasında çıxış zamanı həmkarı İqbal Ağazadənin amnistiya ilə bağlı təklifini tənqid edib.

Modern.az saytı xəbər verir ki, millət vəkili bildirib ki, aminstiya ilə əfvi ayırmaq lazımdır. “Ciddi cinayət törətmiş şəxslər amnsitiyaya düşmür. Əgər bu gün hansısa jurnalist, siyasətçi xarici dövlətdən maliyyələşərək, ermənidən pul alıb vətəninə xəyanət edirsə, o, siyasi məhbus deyil, əsl cinayətkardır. Ona görə də onlar axıra kimi cəzalarını almalıdırlar”-deyə S.Novruzov vurğulayıb.

Milli Məclisin bu günkü iclasında deputat İqbal Ağazadə 28 may Respublika günü ilə bağlı amnistiya verilməsini təklif edib.
“Amnistiya aktı qəbul edilməli, Eynulla Fətullayev, Ruslan Bəşirli və digərləri həbsxanadan çıxmalıdırlar. Bununla vətəndaş cəmiyyətinə yeni impuls vermək olar”-deyə İ.Ağazadə qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat