Modern.az

Toy karvanı qəzaya düşdü: yaralılar var

Toy karvanı qəzaya düşdü: yaralılar var

Aktual

1 İyul 2017, 20:53

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə "VAZ 21011" markalı, 43 BC 856 seriyalı avtomobillərin toqqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?