Modern.az

Türkiyənin Mardin şəhərində 5 PKK-çı zərərsizləşdirilib

Türkiyənin Mardin şəhərində 5 PKK-çı zərərsizləşdirilib

Aktual

2 İyul 2017, 16:59

Türkiyənin təhlükəsizlik qüvvələri cənub-şərq əyaləti Mardində hücumlar planlaşdıran 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb.

 

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

 

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat