Modern.az

"İnter" doğma meydanda da qələbə qazanıb növbəti mərhələyə çıxdı

"İnter" doğma meydanda da qələbə qazanıb növbəti mərhələyə çıxdı

6 İyul 2017, 22:54

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində komandalarımız cavab görüşlərini keçirib. Modern.az xəbər verir ki, Bakının "İnter" klubu doğma meydanda Sebiyanın "Mladost” komandası ilə üz-üzə gəlib.

Görüş "İnter"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 23-cü dəqiqəsində Denis Silva hesabı açaraq komandasını hesabda önə çıxarıb.

İlk hissəyə əlavə olunmuş dəqiqələrdə rəqib futbolçusu Pejoviç ikinci sarı kart alaraq meydandan qovulub.

Oyunun 74-cü dəqiqəsində Nizami Hacıyev komandasının ikinci qolunu vurub.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə rəqibi 5:0 hesabı ilə məğlub edən "İnter" növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq. İkinci mərhələnin oyunları iyulun 11-12-si və iyulun 18-19-da keçiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu