Modern.az

Zəhra Moskvada anıldı - VİDEO

Zəhra Moskvada anıldı - VİDEO

7 İyul 2017, 09:55

Azərbaycanın Rusiyadakı səfirliyində erməni terrorunun qurbanı olan Zəhra Quliyeva və nənəsinin anım mərasimi olub.

 

Modern.az-ın xəbər verir mərasimdə səfir Polad Bülbüloğlu da iştirak edib.  

Çıxış edən səfir dünya ictimaiyyətini regionda baş verən hadisələrə daha çox diqqət ayırmağa səsləyib. 

Anıma qatılanlar zəhranın fotoları önünə gül və oyuncaqlar qoyublar. 

Xatırladaq ki, iyul ayının 4-də Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirib. Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir