Modern.az

Azərbaycanlı deputat ATƏT PA-da 2 yaşlı Zəhradan danışdı - MƏTN

Azərbaycanlı deputat ATƏT PA-da 2 yaşlı Zəhradan danışdı - MƏTN

Aktual

7 İyul 2017, 17:51

Milli Məclisin depitatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Minsk şəhərində davam edən iclasında çıxış edib.

 

Modern.az deputatın həmin iclasdakı çıxışının mətnini təqdim edir.  
 

Hörmətli həmkarlar,

Bu gün ATƏT məkanında ən aktual məsələ dondurulmuş münaqişələrin həlli ilə bağlıdır. Etnik separatizm və terrorizm əvvəlki kimi ATƏT-in insan haqları, regional təhlükəsizlik və dövlətlərarası əməkdaşlıq kimi fundamental prinsiplərinə təhlükə törədir. Bu mənada, Ermənistan və Azərbaycan arasında münaqişənin həlli beynəlxalq birlik üçün prioritet olmalıdır. Münaqişənin uzadılması isə yeni hərbi toqquşmaların başlanması və insan itkilərinə səbəb olacaq.

Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi missiyasını yerinə yetirən Minsk Qrupu ATƏT bayrağı altında fəaliyyət göstərdiyi üçün Parlament Assambleyasının münaqişənin həllinə daha aktiv yanaşmasını gözləyirik. Sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi ATƏT-in bütün ərazilərində bərqərar olmalıdır. Anlamaq lazımdır ki, münaqişənin həllinə differensial yanaşma, ərazi bütövlüyü prinsipinin pozulması ATƏT-in regional inkişafına da mane olacaq.

Münaqişənin tezliklə həllinin vacibliyi 3 gün öncə təmas xəttində baş verən hadisə ilə özünü nümayiş etdirdi.

Azərbaycan cəmiyyəti dinc insanların qətlə yetirilməsindən sarsıntı və qəzəb içindədir. Hər kəsdə bir sual yaranır- atəş nəticəsində dünyasını dəyişmiş iki yaşlı qız uşağının günahı nə idi? Həyat və sevgi ilə dolu balaca Zəhra öz mövcudluğu ilə ətrafdakı insanlara sevinc bəxş etməli idi. Bu günlərdə onu və nənəsini dəfn etdilər. Çox gədərli haldır ki, bütün bunlar gündəliyində insan hüquqları, təhlükəsizlik və dövlətlərarası əməkdaşlıq olan ATƏT PA-nın sessiyası ilə eyni vaxta təsadüf etdi.

Əminəm ki, bu kədərli fakt bizi sülhün nə dərəcədə vacib olduğu barədə dərindən düşünməyə vadar edəcək. Dinc insanlar həlak olmamalı, uşaqlar öz valideynlərini sevindirə bilməli və müxtəlif inanc və millətlərə məxsus insanlar  sülh və anlaşma şəraitidə yaşamalıdırlar.

Məhz bu halda müxtəlif ölkə nümayəndələrinin bir-birini beynəlxalq norm və prinsipləri pozmaqda ittiham etmələri üçün əsas qalmayacaq.

Sonda onu da qeyd etmək istərdim ki, ATƏT Parlament Assambleyası müasir dünya quruluşunun əsası olan-  dövlətlərin ərazi bütövlüyü prinsipinin bərqərar edilməsinə daha  prinsipial və əzmkar yanaşmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü