Modern.az

Trampla Putinin mətbuata qapalı görüşü başa çatıb - Yenilənib

Trampla Putinin mətbuata qapalı görüşü başa çatıb - Yenilənib

7 İyul 2017, 20:56

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində baş tutan  danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.

Qeyd edək ki, mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.

 

18:32

 

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

 

Modern.az Rusiya KİV-nə isitnadən məlumat verir ki, görüşdə dövlət katibi Reks Tillerson və xarici işlər naziri Sergey Lavrov da iştirak edir.    

 

Görüşdə əsas müzakirə mövzusu Suriya problemi və İŞİD-ə qarşı mübarizə olacaq. Bundan başqa, beynəlxalq terrorizmlə mübarizə, Ukraynadakı münaqişə və Şimali Koreya problemi ilə bağlı da fikir mübadiləsi aparacağı gözlənilir. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir