Modern.az

Dünya Türk Gəncləri Birliyi Zəhra üçün beynəlxalq təşkilatlara müraciət etdi - SİYAHI

Dünya Türk Gəncləri Birliyi Zəhra üçün beynəlxalq təşkilatlara müraciət etdi - SİYAHI

7 İyul 2017, 18:50

 

İyulun 4-də Ermənistanın təxribatçı, quldur dəstələrinin Füzuli rayonunun Alıxanlı kəndində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızını qətlə yetirməsi bütün dünya tərəfindən pislənilir.

 

 2 yaşlı körpənin qanına qəltan edilməsi Ermənistanın əsl mahiyyətini açır. Bununla bağlı Dünya Türk Gəncləri Birliyi bir sıra beynəlxalq təşkilatlara və əməkdaşlıq etdiyi ölkələrn müxtəlif qurumlarına Ermənistanın bu vandal hərəkətini pisləyən bəyanat ünvanlayıb. Həmçinin dünyadan 2 yaşlı körpənin qətlinə susmamağı tələb edib.

 

 Bəyanatda illərdir davam edən erməni vəhşiliyinin, Azərbaycan xalqına qarşı düşmənçilik münasibətinin bir daha əyani şəkildə göstərdiyi vurğulanıb. Bəyanatda bütün dünyadan erməni zorakılığına qarşı biganə qalmaması, uşaq qatili Ermənistanın cəzalandırılması üçün lazımi tədbirlər görülməsi çağırış edilib.

Modern.az bəyanataın ünvanlandığı 25 təşkilat və partiyanın siyahısını təqdim edir.

 

  1. T.C. Başbakanlık Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı
  2. Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi
  3. Müstəqil Dövlətlər Birliyi
  4. Avrasiya İqtisadi Forumu
  5. KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilat

 

 DTGB-yə daxil olan təşkilatlar

  1. Cümbüş-İ Milli İslami Gençlik Teşkilatı (Əfqanıstan)
  2. Vatan Cemiyeti Ahıska Türkleri Gençlik Teşkilatı (Ahıska Türkləri)
  3. Kan Kerede AltayGençler Birliği (Altay)
  4.  Avrupa Türk federasyonu ( Avropa)
  5. Altın Ordu Cemiyeti (Avstraliya)
  6. Başkurt Gençleri İttifakı ( Başkurtistan)
  7. Hak ve Özgürlükler Hareketi (Bolqarıstan)
  8. Ufuk Vakfı ( Bolqarıstan)
  9. Bulgaristan Türkleri Kültür ve Hizmet Derneği (Bolqarıstan)
  10. Suvar Çuvaş Gençleri Birliği (Çuvaşıstan)
  11. Anadili Gençler Cemiyeti (Qaqauziya)
  12. Tun Gençlik Teşkilatı (Hakasiya)
  13. Türk Evi ( Hollandiya)
  14. Türk Akademisyenler Birliği ( Hollandiya)
  15. İslam Vakfı ( Karaçay)
  16. Bolaşak – Otağ Gençler Cemiyeti ( Qazaxıstan)
  17. Genç Tarihçiler Cemiyeti (Qırğızıstan)
  18. Kırım Tatar Milli Meclisi Gençlik Təşkilatı (Krım)
  19. Makedonya Türk Demokratik Partisi ( Makedoniya)
  20. Nogay Gençleri Teşkilatı ( Nogay)
  21. Rusya- Türk Diasporası (Rusiya)
  22. İsmail Gaspıralı Gençlik Teşkilatı ( Rumıniya)
  23. Azatlık Tatar Gençleri Birliği (Tatarıstan)
  24.  Türk Ocakları (Türkiyə)
  25. Türk Halkları Konseyi (Türkiyə)

 

      Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi