Modern.az

"Azərbaycan ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır" - Samir Şərifov

"Azərbaycan ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır" - Samir Şərifov

Aktual

7 İyul 2017, 20:13

"Azərbaycan ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan ABŞ-la diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazırlığına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir". Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ABŞ-ın Müstəqillik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən rəsmi qəbulda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov bildirib ki, Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davat etməsini dəstəkləyir: "Bu gün Azərbaycanda 200 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın həyata keçidiyi transmilli layihələrə hər zaman güclü dəstəyini ifadə edib və bu mövqe heç zaman dəyişməyib. CQD layihənin reallaşmasında da ABŞ-ın göstərdiyi dəstək yüksək qiymətləndirilir və bu dəstəyin davam edəcəyinə ümid edirik. Hazırda iki ölkə arasında əlaqələrin energetika sahəsindən başqa digər sahələrdə də inkişaf üçün böyük potensiallar var. Beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ikitərəfli əlaqələr güclüdür. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında aktiv iştirak edib və terrora qarşı mübarizədə töhvə verməyə davam edəcək. Terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, ermıni silahlı qüvvələrinin təcavüz siyasəti ilə üzləşib. Bu  təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan qüvvələrinin qeyd şərtsiz Azərbaycandan çıxarılması, sərhədlərin bərpası, qaçqın və məcbüri köçkünlərin öz evlərini qayıtmasını regionda təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə inanırıq. Erməni təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Alxanlıda 2 yaşlı körpə Zəhra ilə nənəsi kimi günahsız insanların öldürülməsinə rəvac verir. Bütün dünya 2 yaşlı Zəhranın qətlinə münasibət bildirməlidir. Erməni təcavüzünün artması beynəlxalq aləmin və Minsk qrupu həmsədri kimi ABŞ ın regionda sülhün təmin olunmasında rolunun artırılmasının vacibliyini qeyd edir".

 

Aqşin KƏRİMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü