Modern.az

Qubada avtomobildə yanaraq ölən şəxslərin kimliyi bilindi

Qubada avtomobildə yanaraq ölən şəxslərin kimliyi bilindi

Aktual

7 İyul 2017, 23:08

Bu gün Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar Xaçmaz rayonunun Müşkür kənd sakini 32 yaşlı Rəhman İşıqov və 16 yaşlı Xudat şəhər sakini Ulviyyə Məmmədovadır.

Qəzada həlak olan Rəhman İşıqov ailəlidir, yanında həlak olan sərnişin qadın isə onun tanışıdır.

Qəzanın başvermə səbəbləri və digər detallar aparılan istintaq araşdırmalarının sonunda bəlli olacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir