Modern.az

G20 sammitinə görə keçirilən aksiyalarda 159 nəfər xəsarət aldı

G20 sammitinə görə keçirilən aksiyalarda 159 nəfər xəsarət aldı

Aktual

7 İyul 2017, 23:37

G20 sammitinin keçirildiyi Hamburqda bu gün keçirilən aksiyada xəsarət alanların sayı açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hamburqda kütləvi etirazların gedişatında zərər çəkənlərin sayı 159 nəfərə çatıb.

Qeyd edək ki, aksiyalar səbəbindən ABŞ-ın Birinci xanımı Melani Tramp bu gün dünya liderləri ilə planlaşdırılan bir sıra görüşləri buraxmalı olub. Donald və Melani Trampın qaldığı Hamburq senatının qonaq evi etirazçılara görə bloklanıb.

Trampın rəsmi nümayəndəsi bildirib ki, polis icazə vermədiyi üçün, onlar iqamətgahı tərk edə bilməyiblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat