Modern.az

İlin birinci yarısında 8389 yol qəzası olub

İlin birinci yarısında 8389 yol qəzası olub

8 İyul 2017, 00:02

Ötən 6 ayda 8389 yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, bu barədə iyulun 7-də Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki,  “102” Zəng Mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ cavab tədbirləri nəticəsində 867 cinayət “isti izlər”lə açılıb, 3156 hüquqazidd əməlin qarşısı alınıb, 2424 cinayət işi başlanılıb. Həmçinin “Təhlükəsiz Şəhər” xidmətinin imkanları ilə 177 cinayət açılıb. Piyadaların vurulması ilə nəticələnən 179 hadisə aşkarlanıb

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir