Modern.az

Füzulinin icra başçısı: “Ordumuz Zəhranın qisasını aldı”

Füzulinin icra başçısı: “Ordumuz Zəhranın qisasını aldı”

8 İyul 2017, 13:27

İyulun 8-də Füzuli rayonun rəhbərli Alxanlı kənd sakinləri ilə növbəti görüş keçirib.
Modern.az-ın məlumatına görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iyulun 4-də erməni quldur dəstələrinin kəndi atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın ailəsinə baş çəkib, kənd sakinləri ilə söhbətləşib.

O, baş vermiş faciənin Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın diqqətində olduğunu vurğulayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Ermənistan tərəfindən Alxanlıda mülki vətəndaşların, xüsusilə azyaşlı Zəhranın qətlə yetirilməsinə münasibət bildirdiyini qeyd edən Alı Alıyev bəzi beynəlxalq təşkilatların, o cümlədən dövlətlərin Ermənistan tərəfindən hələ də azyaşlı uşaqların, dinc sakinlərin qətlə yetirilməsinə layiqli münasibət bildirmədiklərini, ikili standartlardan çıxış etdiklərini, təcavüzkarla, təcavüzə məruz qalana eyni münasibət bəslədiklərini vurğulayıb.

Alı Alıyev Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisənin cavabsız qalmadığını, ordumuz tərəfindən düşmənə layiqli cavab verildiyini, azyaşlı Zəhranın qisası alındığını diqqətə çatdırıb.


Kənd sakinləri isə düşmənin ağır artireliya qurğularından istifadə etməklə mülki əhalini atəşə tutmasına baxmayaraq öz evlərini tərk etmədiklərini, Prezident İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Qeyd ediblər ki, Alxanlı kəndi 1994-cü ildə işğaldan azad olunub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun bütün yaşayış məntəqələri kimi Alxanlı da bərpa olunub, kəndin qaz, işıq, su və digər sosial-məişət qayğıları həll edilib.


 Alxanlı kənd sakinləri Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkə başçısının rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızın tezliklə düşməndən azad olunacağına inandıqlarını və azyaşlı Zəhranın və bütün şəhidlərin qisasının alınacağını vurğulayıblar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!