Modern.az

Avropa Parlamentinin deputatı Zəhra ilə bağlı aksiyaya reaksiya verdi

Avropa Parlamentinin deputatı Zəhra ilə bağlı aksiyaya reaksiya verdi

8 İyul 2017, 14:38

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Avropa Parlamentinin üzvlərinə istiqamətlənmiş Twitter aksiyası keçirilib.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata görə, internet aksiya əsasən Twitter sosial şəbəkəsində 3 gün ərzində keçirilib. Əsas hədəf kütləsi kimi Avropa Parlamenti üzvləri götürülüb

5 iyul tarixində Avropa Parlamentində BMT-nin Baş Assambleyanın 72-ci sessiyasına tövsiyə xarakterli və Azərbaycana qərəzli təkliflər müzakirə edilib. Belə ki, tövsiyyələrdə Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsində davamlı münaqişələrin, habelə insan hüquqlarının və ərazi bütövlüyünün, gücdən istifadənin və bərabər hüquqların qorunması üçün sülh yolu ilə davamlı həllinə diplomatik səyləri dəstəkləmək və yerli xalqların öz müqəddəratını təyin etməsi fikirləri birmənalı olaraq ikili standartların tətbiqini sübut edən real göstəricidir. 

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirməsi ərəfəsində Avropa Parlamentidə bu cür qərəzli tövsiyələrin müzakirəsi Gənclər üçün Təhsil Mərkəzinin etirazına  səbəb olub. Bu səbəbdən də Mərkəz AP-nin üzvlərinə istiqamətlənmiş Twitter aksiyası həyata keçirib.

İngilis dilində təşkil olunan #Nkpeace, #stoparmenianaggresion, #GTMECY , #EuropeanParliament , #EPMEPs həştəqləri ilə 10 mindən çox  “tweet”  paylaşılan aksiyaya ilk rəyi Avropa Parlamentinin  Avropa Millətləri və Azadlıq qrupunun sədri, Böyük Britaniyanı təmsil edən xanım deputat  Janike Atkinson cavab yazıb. O, bu  qətnamə öncəki sənəd sayılan “motion”a səs vermədiyini bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı