Modern.az

Trampı niyə kənarda qoydular? - FOTO

Trampı niyə kənarda qoydular? - FOTO

8 İyul 2017, 15:27

ABŞ prezidenti Donald Trampın Almaniyanın Hamburg şəhərində təşkil edilən G20 zirvəsində çəkilən şəkildə qıraqda qalması sosial mediada gündəm yaratdı.

Lakin Trampın şəkildəki mövqeyi tamamilə, fotoşəkil protokolu ilə əlaqəlidir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəkil protokoluna görə, ən çox xidmət edən liderlər kadrın ortalarında durmalıdır.

Ev sahibi, Almaniya kansleri Angela Merkel ortada, Argentina prezidenti Mauricio Macri və Çin prezidenti  Şi Cinping Merkelin yanında duran  adlar oldu.

Şəkildə Donald Trampdan da qıraqda dayanan tək ad isə mayda vəzifəsinə başlayan Fransa prezidenti Emmanuel Makron oldu.

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər