Modern.az

Misirdə terror: 5 ölü,  6 yaralı

Misirdə terror: 5 ölü,  6 yaralı

17 İyul 2017, 20:02

Misirdə terror aktı törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sinay yarımadasında baş verib.  Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, ərazidə olan hərbi maşın partladılıb. Hadisə nəticəsində 5 polis həlak olub. Daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Partlayışın hansı şəraitdə və necə baş verməsi məlum deyil. Hazırda təhlükəsizlik qüvvələri hadisə yerində araşdırmalar aparır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə