Modern.az

“Prezidentin jurnalistlərlə bağlı təşəbbüsü həm də vətəndaş cəmiyyətinə qayğıdır”  

“Prezidentin jurnalistlərlə bağlı təşəbbüsü həm də vətəndaş cəmiyyətinə qayğıdır”   

22 İyul 2017, 14:35


İyulun 20-də  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada evlər sahiblərinə təqdim olundu.

Azərbaycan Demokratik Tələbə Gənclər təşkilatının rəhbəri Asif Əsgərli ölkə Prezidenti tərəfindən evsiz jurnalistlərin sevindirilməsinin nəcib təşəbbüs olduğunu vurğulayıb.

Modern.az açıqlamasında A.Əsgərli deyib: “KİV Nümayəndələrinə evlərin verilməsi ölkə Prezidentinin mətbuata göstərdiyi qayğının nəticəsidir. Təbii ki, KİV də vətəndaş cəmiyyətinin tərkib hissəsidir. Ümumilikdə götürdükdə bu vətəndaş cəmiyyətinə olan diqqətdir, qayğıdır.

Azərbaycan Prezidentinin atdığı bu addım bəlkə də əksər ölkələr üçün nümunə olacaq. Mənzil alan KİV nümayəndələrinin arasında Qeyri-Hökumət Təşkilatının üzvləri də var. Bu da ikiqat sevincdir.

Cənab prezident “Jurnalistlər şəhərciyi”ndə daha bir binanın təməlini qoydu. İnanırıq ki, bunun davamı olacaq. Mətbuata, KİV-lərə olan bu diqqət, qayğı digər vətəndaş cəmiyyətlərinə və onların nümayəndələrinə də şamil olunacaq. Ölkə prezidenti hər zaman vətəndaş cəmiyyətinə dəstək verir. Atılan bu addımlar vətəndaş cəmiyyətinin inkişaf etməsinə səbəb olacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi