Modern.az

Bərdədə dəhşətli QƏTL: kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu

Bərdədə dəhşətli QƏTL: kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu

24 İyul 2017, 10:44

Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

“Report”un bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb. 

Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə